"Milan"ın 21 ildir kubok qazana bilmir

17:18 - 11 Yanvar 2024

Dünən "Milan" "San Siro”da İtaliya kubokunun 1/4 final oyununda "Atalanta”ya 1:2 hesabı ilə uduzub. 

Sportal.az xəbər verir ki, məğlubiyyətdən sonra “rossonyerlər”in ölkə kubokunu bu mövsüm də qazanmayacağı bəlli olub. 

Belə ki, onlar 21 ildir ki, İtaliya kubokunu qazana bilmir. “Milan” sonuncu dəfə 2002/2003 mövsümündə turnirin qalibi olub. O vaxtdan bəri komanda yalnız iki dəfə finala yüksəlib ki, bu da son dəfə 2018-ci ildə baş verib.

Qeyd edək ki, “Milan”ı məğlub edərək yarımfinala adlayan “Atalanta” finala çıxmaq üçün “Fiorentina” səddini keçməlidir. 
 

Xəbər xətti