Türkiyənin “Kocaelispor” klubunun prezidenti Engin Koyun “Buriram Yunayted”in və Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin transferi ilə bağlı məsələyə son qoyub.
Sportal.az xəbər verir ki, “Ajansspor”a danışan Koyun bunları deyib:
"Ramil Şeydayevlə razılığa gəlmişik. O, “Buriram Yunayted”lə müqaviləsini ləğv edəcək və sabah bizimlə olacaq. Onunla müqavilə bir il yarım davam edəcək".
Şeydayev "Buriram Yunayted"lə 2023-cü il iyulun 9-da müqavilə imzalayıb. Onun Tayland komandası ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədər idi.
saytlarin hazirlanmasi