Səudiyyə Ərəbistanı klubu "Atletiko"nun legioneri üçün hərəkətə keçdi

15:49 - 12 Yanvar 2024

“Atletiko”nun futbolçusu Anxel Korrea Səudiyyə Ərəbistanına yollana bilər. 

Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, ərəblər 28 yaşlı vinger üçün 60 milyon avro maaş təklif etməyə hazırdır. 
“Əl-İttihad” argentinalıya üç il ərzində həmin məbləği ödəyəcək. Əslində, yayda ispanlar eyni təklifi Səudiyyə Ərəbistanının digər klublarının birindən almışdı. Amma həm Madrid klubu, həm də futbolçunun özü bu müqavilədən imtina etmişdi. Hazırda vəziyyət dəyişib və tərəflər bu variantı nəzərdən keçirməyə başlayırlar. 

Xatırladaq ki, bu mövsüm Korrea bütün turnirlərdə 23 matçda iştirak edib, o, beş qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. 

28 yaşlı futbolçu 2012-2014-cü illərdə "San Lorenzo", 2015-ci ildən isə "Atletiko"da oynayır.

Xəbər xətti