“Hatayspor”un azərbaycanlı hücumçusu Renat Dadaşova Türkiyə Superliqasının 17-ci turunun “Qaziantep”lə təxirə salınmış oyunundakı (0:0) performansına görə qiymətləndiirlib.
Sportal.az xəbər verir ki, “Sofascore” portalı Azərbaycan millisinin forvardına orta qiymətlərdən birini verib – 6,6.
Qeyd edək ki, Dadaşov ikinci hissədə meydanda olub. “Adana Dəmirspor”un qapıçısı Şahruddin Məhəmmədəliyevin də “İstanbulspor”la görüşdəki (2:2) çıxışı da bəyənilib.
Millinin qapıçısı 6,9 xal qazanıb. O, meydana start heyətində çıxıb sona qədər oynayıb.