Millimizin üzvünü istəyən klub bu qədər ödəməlidir: Transfer dəyəri yüksəldi!

16:34 - 12 Yanvar 2024

Almaniyanın tanınmış “Transfermarkt” portalı Azərbaycan milli komandasının və Niderlandın “Eyndhoven” klubunun vingeri Ozancan Kökçünün transfer dəyərini yeniləyib. 

Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu əvvəlki yeniləmədən 325 min avrodan 450 minə (təxminən 840 min manat) yüksələ bilib. 

Qeyd edək ki, Kökçü bu mövsüm "Eyndhoven"in heyətində ümumilikdə 22 matça çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə verib.

Kökçünün hazırkı klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
 

Xəbər xətti