“Neftçi”nin müdafiəçisi Yuri Matias yayda Rumıniyanın “Rapid” klubuna keçə bilərmiş.
Sportal.az “Digisport”a istinadən xəbər verir ki, Buxarest təmsilçisi futbolçunun aylıq 20 min avro (təxminən 37 min manat) maaş istəyini qarşılaya bilməyib.
Matias Rumıniya mətbuatına açıqlamasında gələcəkdə “Rapid”ə keçmək şanslarını dəyərləndirib:
“Hamı bilir ki, mən bura gəlməmişdən əvvəl də “Rapid”dən təklif almışdım. “Neftçi”ni seçdiyim üçün peşman olduğumu deyə bilmərəm. Gələcəkdə hər şey mümkündür. Bu fürsəti yenidən əldə edəcəm. Futbolda hər şey ola bilər”.
Qeyd edək ki, braziliyalı futbolçu mövsümün əvvəlində “Neftçi” ilə iki illik müqavilə imzalayıb. O, bundan əvvəl “Amerika”, “Koimbra”, “Traktor”, “Qaz Metan”, “ÇFR Kluj” komandalarında oynayıb.
saytlarin hazirlanmasi