Tanınmış futbolçu Fransada klubunu dəyişəcək

20:21 - 12 Yanvar 2024

"Çelsi"nin və "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi, hazırda "Renn"də çıxış edən Nemanya Matiç "Lion"la şəxsi müqavilənin şərtlərini razılaşdırıb. 

Sportal.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Nikolo Skira məlumat verib. Mənbənin məlumatına görə, serbiyalı futbolçu "Lion"a keçmək istəyir. Klublar arasında danışıqlar hələ də davam edir. Daha əvvəl bildirilmişdi ki, Matiç öz klubunda xoşbəxt deyil və onunla əməkdaşlığı dayandırmaq istəyir. 

35 yaşlı Matiç avqustda "Roma"dan 2,5 milyon avroya "Renn"ə keçib. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda 19 oyun keçirib və iki məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. 

Xatırladaq ki, “Lion” 17 oyundan 16 xal toplayaraq Fransa çempionatında turnir cədvəlinin 15-ci pilləsində yer alıb. 
 

Xəbər xətti