İngiltərə Premyer Liqasında dekabrın ən yaxşı futbolçusu bəlli olub.
Sportal.az xəbər verir ki, mükafata "Bornmut"un hücumçusu Dominik Solanke sahib çıxıb.
İngiltərəli forvard ötən ay Premyer Liqada 6 matçda 6 qol vurub.
Qeyd edək ki, Solanke "Bornmut" tarixində Premyer Liqada ayın oyunçusu seçilmiş ilk futbolçu kimi də tarixə düşüb.
“Çelsi”nin yetirməsi olan hücumçu “Vitess”, “Liverpul” komandalarında oynayıb. Onun “Bornmut”la müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi