"Sabah"ın baş məşqçisi Murad Musayev öz komandası ilə yanaşı, Antalyada toplanışda olan klublarımızın da çıxışını diqqətdə saxlayır.
Sportal.az saytının Antalyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, rusiyalı mütəxəssis "Neftçi"nin "Valdhof Manhaym"la matçını izləyir.
O, köməkçisi Artur Oleninlə birlikdə oyuna yollanıb.
Əlavə edək ki, qış fasiləsindən sonra "Sabah" "Neftçi" ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi