“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Rumıniya klubundan təklif alıb.
Sportal.az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis özü məlumat verib. O, Rumıniyanın “Mioveni” klubundan təklif aldığını futbolpress.az saytına müsahibəsində açıqlayıb:
“Rumıniyada “Mioveni” variantı var idi. Adrian Skarlatake orada oynayırdı. Mənə yazdı ki, burada işləyərsənmi, üslubunuza uyğun heyәt var. Həmin vaxt baş məşqçi istefaya getmişdi. Skarlatake klubun prezidentinə adımı vermişdi, amma seçim başqa olmuşdu. Başqa belə variant da var idi. Agentlər “Şerif”ə demişdilər. Futbolda reytinqimiz pisdir, belә mәqamlarda böyük tәsiri olur. Açıq deyim, klubum icazə versə, sabah gedərəm xaricdә işlәmәyә - istәnilәn komandaya”.
Qeyd edək ki, "Mioveni" Rumıniya yüksək liqasında iştirak etsə də, ötən mövsümün yekunlarına görə aşağı liqaya düşmüşdü. Hazırda komanda birinci liqada 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi