"Qalatasaray" Saşa Boyu "Bavariya"ya satmağa hazırdır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə nəhəngi fransalı üçün qarşı tərəfdən 25 milyon avro istəyib.
"Qalatasaray" futbolçunun icarəyə verilməsi variantı ilə razı olmayıb.
Saşa 2021-ci ilin iyulundan "Qalatasaray"ın futbolçusudur. Onun klubla müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir. Bu mövsüm fransalı komandasının heyətində 29 matçda iştirak edib və iki qol vurub.