Karyerasını "Luqo" klubunda davam etdirən Eldar Tağızadə Sportal.az saytına açıqlama verib.
İspaniya təmsilçisi ilə yayda müqavilə imzalamasına baxmayaraq, klub onun üçün lisenziyanı bir neçə gün əvvəl ala bilib.
Bununla da U-21 yığmamızın qapıçısı Sequnda oyunlarında meydana çıxa biləcək. Lakin o, oyun praktikası əldə etmək və daha hazır olmaq üçün hələ ki, "Luqo"nun B komandasının heyətində oyunlara çıxacaq:
"Bəli, artıq federasiyadan gözlədiyimiz lisenziya verildi. Artıq oyunlara çıxa bilərəm. Bu həftəsonu debüt edə biləcəm. Sadəcə, indi B komandasında oynayacam. Oyun praktikası qazanmaq üçün belə lazımdır. Təbii ki, qısa zamanda "Luqo"nun əsas komandasında oynamağa çalışacam. Allah qoysa, hər şey yaxşı alınar".
Mirbağırağa
saytlarin hazirlanmasi