"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabe-Verde milli komandasının heyətində Afrika Millətlər Kubokunun matçlarında iştirak edəcək. Öncədən onun zədəli olduğu xəbər verilmişdi. Lakin futbolçu kollektivlə birlikdə məşqlərinə davam edir. Bu barədə Patrik özü Sportal.az saytına açıqlamasında bildirib. Andrade zədəli olmadığını və turnirdə komandasının məqsədlərindən söz açıb:
"Bəli, hazırda Fil Dişi Sahilindəyəm, milli komandanın düşərgəsində. Məşqlərimiz davam edir. Xeyr, mənim heç bir zədəm yoxdur. Millinin oyunlarına hazırlaşıram. Afrika Millətlər Liqasındakı məqsədimizə gəlincə, biz addım-addım irəliləmək istəyirik. Necə alınacağını zaman göstərəcək".
Andrade, millidəki oyunlara görə "Qarabağ"dan uzaq qalmasına isə bu cür şərh verib: "Klubun düşərgəsinə qayıtmaq məsələsinə gəlincə, bu, millidəki nəticələrdən asılıdır".
Kabe-Verde yığması B qrupunda Misir, Qana və Mozambiklə mübarizə aparacaq.
Qeyd edək ki, Afrika Millətlər Kuboku yanvarın 13-dən fevralın 11-nə qədər Fil dişi Sahilində keçiriləcək.
Mirbağırağa