"Qarabağ"ın veteran futbolçusu Emin İmaməliyev Sportal.az saytına açıqlama verib.
O, Ağdam klubunun yeni transferi Aleksey İsayevin transferindən danışıb. Onun fikrincə, 28 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionuna xeyir verəcək:
"Aleksey hazırda Azərbaycanda ən yaxşı futbolçulardan biridir. Yaxşı transferdir. Məncə, “Qarabağ”ın gücünə güc qatacaq biridir. Millimizin də üzvüdür. İşgüzarlığı, oynadığı futbol göz qabağındadır. Fikrimcə, Aleksey “Qarabağ”a xeyir verəcək. Hər halda, Ağdam klubu hər zaman transfer edəcəyi oyunçuya əvvəlcədən baxır, uzun müddət onu izləyir. İsayev də illərdir ki, Azərbaycanda oynayır. "Qarabağ" üçün yaxşı transferdir. Həm ona, həm də komandasına uğurlar arzulayıram".
“Qarabağ” qış “transfer pəncərəsi”ndə “Sabah”ın oyunçusu Aleksey İsayevi transfer edib. Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb. O, 2020-23-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib. Yarımmüdafiəçi 2021-ci ildən Azərbaycan millisinə çağırılır. O, yığmada keçirdiyi 20 oyunda 1 qol vurub.
Mirbağırağa
saytlarin hazirlanmasi