Millinin forvardı: "AVRO-2024"ə yollanmaq istəyirəm"

17:34 - 13 Yanvar 2024

"Nyukasl"ın hücumçusu Kallum Uilson İngiltərə millisinin heyətində 2024-cü il Avropa çempionatına getmək istədiyini etiraf edib. 

Sportal.az “The Mag”a istinadən xəbər verir ki, dekabrın sonunda futbolçu baldır sümüyündən zədə alıb və sıradan çıxıb. O, açıqlamasında bunları deyib:

“Mən qayıtmaq üçün əlimdən gələni edirəm. Mövsümün sonunda Avropa çempionatı başlayacaq, çox istəyirəm ki, oraya yollanım. Özümü belə turnirdə sınamaq istəyirəm. Lakin bunun üçün mümkün qədər tez düşərgəyə qayıtmalıyam”.

Bu mövsüm 31 yaşlı Uilson İngiltərə Premyer Liqasında 14 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalı ingilis hücumçunun bazar dəyərini 13 milyon avro olaraq qiymətləndirir. Kalumun “Nyukasl”la cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir.
 

Xəbər xətti