Portuqaliyalı müdafiəçi Pedro Maşado Azərbaycan Premyer Liqasında oynaya bilər.
Sportal.az “Noticias ao Minuto”ya istinadən xəbər verir ki, “Vitoria” və “Universitatya Krayova 1948” klublarında oynamış mərkəz müdafiəçisi müxtəlif ölkələrdən təklif alıb. Lakin futbolçu hələ ki, qəti qərarını verməyib.
Portuqaliya mətbuatına danışan Pedro bunları deyib:
"Mən Azərbaycan, Ermənistan və İndoneziya klublarından təklif almışam. Portuqaliyanın aşağı divizion klubları da dəvət göndərib. Hələ ki, qərarımı verməmişəm",
27 yaşlı futbolçu “Olhanense”, “Belenenseş”, “Kasa Pia”, “Oliveyrense”, “Torreense” klublarında oynayıb.
saytlarin hazirlanmasi