“Neftçi” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında bu gün ikinci yoldaşlıq oyununu keçirib.
Sportal.az xəbər verir ki, Miodraq Bojoviçin rəhbərlik etdiyi kollektiv Almaniya 3-cü liqasında yarışan “Valdhof”la qarşılaşıb.
Almanlar matçda qalib gəlib.
“Neftçi” (Azərbaycan) – “Valdhof” (Almaniya) - 0:3
Qeyd edək ki, “ağ-qaralar” daha əvvəl Türkiyənin "Erzurumspor" klubuna 1:3 uduzub.
saytlarin hazirlanmasi