"Şamaxı" iki futbolçu ilə yollarını ayırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Emil Qasımov və Rövşən Şahmuradovun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hər iki futbolçu ötən mövsümdən komandada oynayırdı.
Qeyd edək ki, "Şamaxı" Birinci Liqada 22 xalla ikinci pillədədir.
saytlarin hazirlanmasi