"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç klubun televiziya kanalına açıqlama verib.
Sportal.az xəbər verir ki, monteneqrolu mütəxəssis komandasının bu gün "Valdhof"la matçdakı 0:3 hesablı məğlubiyyəti barədə bunları deyib:
"Futbolçular yaxşı işlədi. Onlar fiziki yüklənmə altında oynayırdı. "Valdhof"la görüşdə pis oynayaraq uduzduq. Futbolçuların performansından razıyam. Çox çalışırdılar, yaxşı işləyirlər. Amma yorğunluq var. Bu da oyunda özünü əks etdirir və futbolçular fərdi səhvlər edirlər".
Qeyd edək ki, "Neftçi" Türkiyənin Antalya şəhərindəki hazırlıq çərçivəsində ilk görüşündə isə "Erzurumspor"a 1:3 uduzub.
saytlarin hazirlanmasi