"Araz-Naxçıvan" futzal klubu iki futbolçunu transfer edib.
Sportal.az xəbər verir ki, ölkə çempionu Bosniya və Herseqovinadan Miloş Todoriçi ölkəmizə gətirib.
Serbiyanın "Loznitsa Qrad" klubundan "qırmızı-ağlar"a keçən 20 yaşlı futzalçı mövsümün sonuna qədər Naxçıvan təmsilçisinə kömək edəcək.
"Araz-Naxçıvan"ın digər transferi yerli futzalçı, "Torpedo-2"nin yetirməsi olan Həsənəli Rəhimov da cari çempionatın sonuna qədər "qırmızı-ağlar"ın formasını geyinəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" əvvəl braziliyalı hücumçu Andre Korrea dos Santos Juniorun keçidini açıqlamışdı.
saytlarin hazirlanmasi