"Bornmut"un yarımmüdafiəçisi Hamed Traore "Napoli"yə keçməyə yaxındır.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, tərəflər sövdələşmənin bütün əsas şərtləri üzrə razılığa gəliblər. 23 yaşlı futbolçu hazırda tibbi müayinədən keçmək üçün İtaliyaya yollanıb.
Neapol təmsilçisi Traoreni icarəyə götürəcək, lakin futbolçunu 25 milyon avroya transfer etmək opsiyasına da sahib olacaq.
Traore bir ildir ki, "Bornmut"da oynayır. Bu mövsüm yarımmüdafiəçi bir qol vurduğu bütün turnirlərdə İngiltərə klubunun heyətində cəmi altı oyun keçirib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. 23 yaşlı futbolçu “Empoli”, “Sassuola” klublarında da oynayıb.
saytlarin hazirlanmasi