Mahir Emreli neçə ay oynamayacaq?

15:18 - 14 Yanvar 2024

Azərbaycan millisinin forvardı, ilin əvvəlində yoldaşlıq görüşündə zədələnən "Dinamo"nun hücumçusu Mahir Emreli əməliyyat olunacağı gözlənilir. 

Sportal.az saytına verilən məlumata görə, futbolçunun əməliyyatı ilə bağlı yaxın vaxtlarda konkret qərar veriləcək. 

Millimizin üzvünün məşqlərə dönüş müddətinə gəlincə, əməliyyat edilib-edilməməsindən asılı olmayaraq, iki ay çəkəcək. Emrelinin ən yaxşı halda, martın sonlarında məşqlərə başlayacağı ehtimal edilir.

Qeyd edək ki, 26 yaşlı futbolçunun Xorvatiya nəhəngi ilə müqaviləsi 2026-cı il iyunun 30-a qədərdir. Onun qışda "Dinamo"dan ayrılacağı gözlənilirdi.
 

Xəbər xətti