"Mançester Yunayted"in sabiq baş məşqçisi Ole-Qunner Sulşer İsveç millisinə rəhbərlik etmək istəməyib.
Sportal.az "Expressen"ə istinadən xəbər verir ki, Skandinaviya təmsilçisinin nümayəndələri norveçliyə təklif göndərsə də, o, bundan imtina edib.
Hazırda işsiz olan Sulşerin isveçlilərin təklifini qəbul etməməsinin səbəbi bilinmir.
Norveçli mütəxəssis karyerası ərzində “Mançester Yunayted”, “Molde” və “Kardiff Siti” klublarını çalışdırıb.
Xatırladaq ki, İsveç millisi bu yay Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazana bilməyib. Onlar Belçika, Avstriya, Azərbaycan və Estoniya ilə mübarizə apardığı qrupdan çıxa bilməyib.
saytlarin hazirlanmasi