“Lokomotiv”in(Plovdiv) syerra-Leoneli vingeri Alfa Konte karyerasını Azərbaycan Premyer Liqasında çıxış edən klublardan birində davam etdirəcək.
Sportal.az “Tema Sport”a istinadən xəbər verir ki, Bolqarıstan təmsilçisi onu satmaq üçün Azərbaycan klublarından biri ilə anlaşıb.
Bolqarlar cinah yarımmüdafiəçisi üçün yarım milyon bolqar levindən çox (təxminən 480 min manat) alacaqlar.
Lakin bu məbləği Azərbaycanın hansı klubunun ödəyəcəyi açıqlanmır. Qeyd edək ki, daha öncə Bolqarıstan mətbuatı “Neftçi”nin 23 yaşlı futbolçunu almaq istədiyini qeyd etmişdi.
saytlarin hazirlanmasi