"Zirə"nin portuqaliyalısı: "Braqa” tam gücü ilə oynamasa, "Qarabağ"a qarşı çətinlik çəkəcək"

15:00 - 14 Yanvar 2024

"Zirə"nin qolkiperi Tyaqo Silva Sportal.az saytına açıqlama verib.

Qəsəbə təmsilçisinin qapıçısı "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı "Braqa" səddini keçə biləcəyinin real olduğunu deyib:

“Hər şey mümkündür. “Qarabağ”ı pley-off mərhələsinə çıxması münasibətilə təbrik etmək lazımdır. Azərbaycan xalqı onlarla fəxr etməlidir. İndi isə turnirdə irəliləmək onlar üçün daha çətin olacaq. Çünki “Braqa” çox güclü komandadır, daha yüksək intensivliklə oynayır və Portuqaliyanın ən yaxşı komandalarından biridir. “Braqa”nın hücum xətti çox güclüdür, yarımmüdafiə xətti isə çox yaxşı və keyfiyyətli ötürmələrlə oynayır. Amma “Qarabağ” ağıllı oynamalı və əks hücumlara tez çıxmalıdır. Ümid edirəm ki, gözəl oyun alınacaq”.

“Zirə”yə yayda qoşulmuş portuqaliyalı “Qarabağ”ın avrokuboklardakı rəqibinə qarşı oynamasını da açıqlayıb: “Keçən il “Braqa”ya qarşı oynamışdım. Orada tanıdığım bir neçə oyunçu var. Amma heç kimlə danışmamışam. Azərbaycan futbolunun keyfiyyəti ilə bağlı mənə bir neçə sual verən portuqaliyalılar var idi. Verdiyim məlumat bu idi ki, “Braqa” tam gücü ilə oynamasa, "Qarabağ"a qarşı çətinlik çəkəcək. Portuqaliyalılar birbaşa uçuşlar olmadığı üçün uzun saatlarla səyahət etməyi xoşlamırlar! Mən şəhəri dolaşacağam və ümid edirəm ki, stadionda portuqaliyalıları görəcəm. Yetişməyim fantastik olacaq! Hər iki komandaya uğurlar arzulayıram və ən yaxşısı qalib gəlsin”.

23 yaşlı portuqaliyalı qolkiperi karyerası ərzində ölkəsində "Vitoriya Gimarayeş", "Leykşoeş" və "Trofense" klublarının qapısını qoruyub.

Mirbağırağa

Xəbər xətti