"Mançester Siti" İngiltərə Premyer Liqasının 21-ci turunda “Nyukasl”la görüşdə rekorda imza atıb.
Sportal.az “Squawka”ya istinadən xəbər verir ki, “şəhərlilər” ardıcıl 31-ci oyunda bu rəqibinə qol vurub.
Bu, liqa tarixində bir rəqibə qarşı hər oyunda qol vurmaq mənasında ən uzun seriyasıdır.
Qeyd edək ki, "Mançester Siti" bu görüşdə rəqibini 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.