"Qarabağ"ın futbolçusu Türkiyə klubundan yenə imtina etdi

18:34 - 14 Yanvar 2024

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Rahil Məmmədova yenidən Türkiyə birinci liqasının klublarından təklif gəlib.

Sportal.az saytına verilən məlumata görə, müdafiəçi bu dəfə də həmin təklifi geri çevirib.

Buna səbəb isə Məmmədovun “Qarabağ”da qalmaq istəməsidir. Futbolçuya qış "transfer pəncərəsi" zamanı Türkiyə birinci liqa klublarından təklif olsa da, o, həmin vaxtı da bundan imtina etmişdi.

Millimizin üzvünün Ağdam təmsilçisi ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.

“Qarabağ”ın Rahillə müqavilə müddətini artıracağı gözlənilir.

Xəbər xətti