"Neftçi" ilk qış transferini reallaşdıra bilər.
Sportal.az "Sport24.az"a istinadən xəbər verir ki, "ağ-qaralar"ın məşqçilər heyətinin qısa "şort-list"ində olan futbolçular arasında Brayan Moreno yer alıb.
24 yaşlı kolumbiyalı forvardın son klubu Bolqarıstan təmsilçisi MOİK (Sofiya) olub. 185 sm boya sahib mərkəz hücumçusu təmsilçimizin təklifini qəbul edəcəyi təqdirdə, "Neftçi"yə azad agent statusu ilə keçəcək.
Qeyd edək ki, Moreno 2023/2024 mövsümünün ilk yarısında 3 dəfə meydanda olsa da, bundan əvvəlki çempionatda 936 dəqiqə forma şansı qazanıb və bu müddətdə 9 qola imza atıb.
saytlarin hazirlanmasi