"Qəbələ"nin futbolçusu qol vurdu, Salah sevinməyə imkan vermədi - VİDEO

09:48 - 15 Yanvar 2024

“Qəbələ”nin futbolçusu Klesio Bauk Mozambik millisinin heyətində Afrika Millətlər Kubokunda meydana çıxıb.

Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin komandası 1-ci turda Misirlə görüşüb və oyun 2:2 hesabı ilə başa çatıb.

İkinci hissədə meydana daxil olan Bauk 58-ci dəqiqədə Mozambikin ikinci qolunu vurub. Amma Mohammad Salah 90+7-ci dəqiqədə penaltidən fərqlənərək Mozambik millisinin qələbəsinə imkan verməyib.

Qeyd edək ki, B qrupunda Mozambik və Misirlə yanaşı, Kabo-Verde və Qana yığmaları da yer alır. 

Xəbər xətti