Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin formasını geyindiyi "Ürmaniyəspor" "Gənclərbirliyi" ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Meydana start heyətində çıxan Diniyev sona qədər oynayıb. O, komandasının yeganə qolunun ötürməsini edib.
“Ürmaniyəspor” 23 xalla 9-cu pillədədir.
saytlarin hazirlanmasi