Azərbaycan milli komandasının sabiq üzvü Elvin Məmmədov aktiv futbolçu karyerasını bərpa edib. O, İkinci Liqada yarışan "Cəbrayıl" komandasında oynayacaq. Yayda karyerasını başa vurmuş Məmmədov mövsümün sonuna qədər bölgə klubuna kömək edəcək.
Sportal.az saytına açıqlama verən Elvin məsələ haqda bunları deyib: "Əslində, burada böyüdüləcək bir şey yoxdur. Bilirsiz, Cavid Hüseynovla dostuq. O, məndən komandasına kömək etməyimi istədi. Yəni, bu məsələdə sırf onun əməyi var. Ona kömək etmək üçün təkliflə razılaşdım. Həm də, İkinci Liqa yarımpeşəkar çempionatdır. Onsuzda, həftədə bir dəfə minifutbol meydançasında oyun oynayırıq. Elə enerjini atmaq üçün də, yaxşı variant oldu. Dediyim kimi, burada həm Cavid Hüseynovun əməyi var, həm də düşündüm ki, yarımpeşəkar liqadır niyə gedib oynamayım, dostuma kömək etməyim? Ümid edirəm ki, yaxşı olacaq".
Qeyd edək ki, Elvin Məmmədov aktiv futbolçu karyerasını yayda başa vurmuşdu. O, buna qədər “Turan”, “İnter”(indiki “Şamaxı”), “Qarabağ”, “Bakı”, “Zirə”, “Qəbələ”, “Sumqayıt” komandalarında oynamışdı. Məmmədov Azərbaycan millisində 39 oyuna çıxıb 7 qol vurub.
Mirbağırağa
saytlarin hazirlanmasi