Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubunun icraçı direktoru Pavel Kolev Alfa Kontenin "Neftçi"yə keçidini təsdiqləyib.
Sportal.az “dsport”a istinadən xəbər verir ki, klub rəsmisi syerra-leonalı futbolçunun Bakı klubuna transferindən danışıb. Onun sözlərinə görə, 23 yaşlı futbolçu artıq paytaxt klubu ilə şəxsi şərtləri razılaşdırıb və bu həftə Azərbaycana gələcək.
Qeyd edək ki, ölkəsində “Sentral Parade”də oynamış Konte sonradan İsrailə yollanaraq müxtəlif illərdə “Umm Əl-Fam” və “Hapoel Rişon Lezion”da oynadıqdan sonra 2023-cü il martın 1-də “Lokomotiv”ə keçmişdi. Onun Plovdiv klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədər idi.