“Nyukasl” transfer çalışmalarını davam etdirir.
Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Sportinq”in müdafiəçisi Usman Diomandeni heyətinə qatmağa çalışır. Artıq İngiltərə klubu bu transfer üçün təklif hazırlayır.
“Nyukasl” “Sportinq”ə 63 milyon funt-sterlinq ödəyəcək. Lakin Portuqaliya nəhəngi futbolçusunu 70 milyon funt-sterlinqdən aşağı satmaq niyyətində deyil.
20 yaşlı müdafiəçi “Midtülland”, “Mafra” klublarında oynadıqdan sonra 2023-cü ildə “Sportinq”ə keçib. O, Fil dişi Sahili millisinin üzvüdür.