Türkiyə klubunun yeni baş məşqçisi məlum oldu

16:10 - 15 Yanvar 2024

Türkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Fahrudin Omeroviç çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bosniya və Herseqovinadan olan mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Konyaspor" bir neçə gün öncə Hakan Keleşlə yollarını ayırmışdı.

Xəbər xətti