Rusiyanın “Zenit” klubunun müdafiəçisi Artur Çernıy “Neftçi” ilə Bakıda keçirilmiş yoldaşlıq görüşünü (1:2) xatırlayıb.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan rusiyalı futbolçu paytaxtımızda gördükləri haqda bunları deyib:
"İlk dəfə idi ki, Azərbaycana gedirdim. Bakı çox gözəl şəhərdir. Əslində, valideynlərimdən soruşmuşdum. Onlar mənə dedilər ki, son illər Bakı çox dəyişib. Həqiqətən mən çox gözəl şəhərin şahidi oldum. Əsas komandada oynamağa gəlincə, bu, mənim üçün qeyri-adidir. Çünki “Zenit” Rusiyanın ən yaxşı klubudur. Bu, təkcə çağırış deyil, həm də mənim arzumun həyata keçməsi deməkdir".
saytlarin hazirlanmasi