Qış "transfer pəncərəsi"ndən maksimum istifadə edən "Araz-Naxçıvan" heyətini gücləndirməyə çalışır.
Sportal.az xəbər verir ki, ölkə çempionu bu dəfə braziliyalı futzalçı ilə anlaşıb.
"Stolb" mövqeyində oynayacaq Dioqo Auqusto mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğuru üçün tər tökəcək. 24 yaşlı futzalçı ölkəsində “Taboao da Serra” və “San Paulo” klubunda çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Miloş Todoriç, Həsənəli Rəhimov və Andre Korrea dos Santos Juniorla anlaşıb.
saytlarin hazirlanmasi