"Ramil Şeydayevi Azərbaycan millisindən tanıyıram. Yaxşı futbolçu olduğunu düşünürəm. Türkiyədə əvvəllər də oynayıb. Sadəcə lap gənc vaxtlarında idi. Hər halda, millidəki performansı yaxşıdır".
Bu sözləri Sportal.az saytına açıqlamasında üç fərqli dönəmdə “Kocaelispor”u çalışdırmış Güvənç Kurtar deyib.
Azərbaycanda "Rəvan" klubuna da rəhbərlik etmiş 73 yaşlı mütəxəssisin fikrincə, Şeydayev "Kocaelispor"a xeyir verəcək: "Doğrudur, bildiyim qədərilə hələ ki, rəsmi müqavilə imzalanmayıb. Hər halda, həmin günün uzaqda olmadığını düşünürəm. "Kocaelispor" Superliqaya yüksəlmək üçün mübarizə aparır. Şeydayevin onların gücünə güc qatacağı dəqiqdir. Çünki Ramili millidə və "Qarabağ"dakı oyunlarından tanıyıram. Güclü, bərk futbolçudur. "Kocaelispor" üçün yaxşı transfer hesab etmək olar. Azərbaycanlı futbolçuların Türkiyədə sayı artır. Buna çox sevinirəm. Orada yaxşı futbolçular çoxdur. Ümid edirəm ki, Türkiyə klubları daha da çox azərbaycanlı futbolçu transfer edəcək".
Kurtar 1991-1994, 1998-2000 və 2002-2003-cü illərdə “Kocaelispor”a rəhbərlik edib.
Mirbağırağa
saytlarin hazirlanmasi