"Fulhem" və Portuqaliya millisinin üzvü Joau Palinya qış "transfer pəncərəsi"ndə "Bavariya"ya qoşulmayacaq.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi 28 yaşlı yarımmüdafiəçini yanvarda transfer etmək fikrindən imtina edib.
"Bavariya"nın rəhbərliyi transfer üçün 50 milyon avronu xərcləməkdə məna görməyib. Münhen klubu daha çox müdafiə xəttini gücləndirməyə diqqət yetirib. Bu mövsüm Palinya "Fulhem"in heyətində bütün turnirlərdə 20 oyuna çıxıb, 2 qol və bir məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimidir.
Daha əvvəl yarımmüdafiənin liderlərindən biri olan Coşua Kimmixin "Bavariya"nı tərk edə biləcəyi məlum olub.
saytlarin hazirlanmasi