Taylandın "Buriram Yunayted" klubunun və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yerli "Kocaelispor"la müqavilə imzalamaq üçün yaxın vaxtlarda Türkiyəyə yollanacaq.
Sportal.az xəbər verir ki, bu barədə Türkiyənin "Özgür Kocaeli" portalı yazıb.
Türkiyə mətbuatı millimizin hücumçusunun mümkün transferi haqda bunları qeyd edib:
"Şəxsi və ailə işlərini hələ başa vurmayan Şeydayevin yaxın günlərdə Türkiyəyə uçaraq yeni komandasının düşərgəsinə qoşulacağı gözlənilir. O, tezliklə "Kocaelispor"a keçəcək".
27 yaşlı futbolçunun “Buriram Yunayted”lə müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq.
saytlarin hazirlanmasi