"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyevin durumu bəlli olub.
Sportal.az xəbər verir ki, onun zədəsinin ciddi olmadığı üzə çıxıb.
Almaniyanın "Valdhof Manhaym" (0:3) klubu ilə yoldaşlıq görüşündə zədələnən və ilk yarıda meydanı vaxtından əvvəl tərk edən Rəhmanın yaxın günlərdə kollektivlə məşqlərə qoşulacağı gözlənilir.
Qeyd edək ki, Hacıyevin "Neftçi" ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.