"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu paytaxt Bakı klubundan ayrılmasını xatırlayıb.
Sportal.az xəbər verir ki, Rumıniyanın "Digisport"a açıqlama verən Mutu "ağ-qaralar"dakı işinə son verilməsinə aydınlıq gətirib:
"Deyirlər ki, klubun çətin dövründə qovuldum. Əslində bu belə deyildi. Anam komaya düşəndə klubda bildirdim ki, bu çətin dövrdə ailəmə yaxın olmaq istəyirəm. O, dünyasını dəyişəndə isə "Neftçi"yə geri qayıtmayacağımı demişdim. Çünki həmin vaxtı futbola marağım yox idi. Biz mübahisə etmədik. Mən qurban kimi görünmək istəmirəm. Bu yeganə həqiqətdir".
Qeyd edək ki, Mutu ötən ilin dekabrında "Neftçi"dən göndərilmişdi.
saytlarin hazirlanmasi