Ötən gecə FİFA 2023-cü ilin ən yaxşı futbolçu və məşqçilərinin adlarını açıqlayıb.
Sportal.az xəbər verir ki, “The Best” mükafatının qalibləri aşağıdakılar olub:
Kişi futbolunda – Lionel Messi (Ən yaxşı futbolçu), Ederson (Ən yaxşı qapıçı), Pep Qvardiola (Ən yaxşı məşqçi);
Qadın futbolunda - Aitana Bonmati (Ən yaxşı futbolçu), Meri Earps (Ən yaxşı qapıçı), Sarina Viqman (Ən yaxşı məşqçi).
FİFA milli komandaların kapitanları arasında keçirilən səsvermənin nəticələrini də açıqlayıb. Belə ki, Azərbaycan millisinin kapitanı Emin Mahmudov səslərini belə bölüşdürüb:
“Ən yaxşı futbolçu” nominasiyasında - Erlinq Holland, Lionel Messi, Kevin De Bruyne;
“Ən yaxşı qapıçı” – Tibo Kurtua, Andre Onana, Ederson, “Ən yaxşı məşqçi” – Xosep Qvardiola, Lusiano Spaletti, Filipo İnzaqi.
Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov səslərini qadın futbolunun ən yaxşıları arasında belə bölüşdürüb:
“Ən yaxşı futbolçu” – Cennifer Hermoso, Aytana Bonmati, Sem Kerr;
“Ən yaxşı qapıçı” – Meri Earps, Kristin Endler, Sandra Panos;
“Ən yaxşı məşqçi” – Sarina Viqman, Peter Gerhardsson, Toni Qustafsson
Qadınlardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə isə belə səs verib: Cennifer Hermoso, Aleks Qrinvud, Lindsi Horan;
Sandra Panos, Meri Earps, Mackenzie Arnold; Sarina Wigman, Emma Hayes, Tony Qustafsson.