Xorvatiyanın “Dinamo” klubunun azərbaycanlı hücumçusu Mahir Emreli müalicəsini davam etdirir.
Sportal.az saytına verilən məlumata görə, millinin 26 yaşlı hücumçu əməliyyat edilməyəcək.
Halbuki, öncədən onun əməliyyat ediləcəyi gözlənilirdi.
Emreli təxminən iki aydan sonra məşqlərə başlaya biləcək.
Onun qışda "Dinamo"dan ayrılacağı da gözlənilirdi. Futbolçunun Xorvatiya nəhəngi ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi