"Turan-Tovuz"dan ayrıldı, Cənubi Koreyaya yollandı - FOTO

11:34 - 17 Yanvar 2024

"Turan-Tovuz"un sabiq futbolçusu Natan Oduva Cənubi Koreya klubu ilə anlaşıb.

Sportal.az xəbər verir ki, mövsümün əvvəlində "Araz-Naxçıvan"la müqavilə imzalayacağı gözlənilsə də, keçidi baş tutmayan yarımmüdafiəçi "Çonju"yə keçib. Bu klub Cənubi Koreya çempionatında ikinci liqada mübarizə aparır.

Qeyd edək ki, 27 yaşlı futbolçu “Tottenhem”, “Luton”, “Reyncers”, “Şamaxı” klublarında oynayıb.

Mirbağırağa
 

Xəbər xətti