"Lans" və Avstriya millisinin mərkəz müdafiəçisi Kevin Danso ən azı mövsümün sonuna qədər hazırkı klubunda qalacaq.
Sportal.az "Get French Football News" portalına istinadən xəbər verir ki, Fransa klubunun rəhbərliyi “Bavariya” və PSJ-nin marağına baxmayaraq, müdafiənin liderini iyun ayına qədər satmamaq qərarına gəlib.
26 yaşlı avstriyalıya İngiltərə Premyer Liqasının klubları da iddialıdır.
Danso 2021-ci ildən “Lans”da oynayır. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 22 oyun keçirib. Onun Fransa klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.
saytlarin hazirlanmasi