Fransa millisinin sabiq forvardı Kərim Benzemanın "Əl-İttihad"ın təlim-məşq toplanışında iştirak edə bilməməsinin səbəbi bəlli olub.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, fransalı Mavrikidəki hava şəraiti səbəbindən Səudiyyə Ərəbistanı klubunun yanvarın 11-də Dubayda başlayan təlim-məşq toplanışına yollana bilmir.
Belə ki, o, istirahət etdiyi adada Belal siklonunun bitməsini gözləyir. Mavrikidə siklon 120 km/saata çataraq küləyin əsməsinə, şiddətli tufan və daşqınların yaşanmasına səbəb olub.
Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi Marselo Qalardonun hücumçunun toplanışa gəlməməsi səbəbindən onu məşqdən uzaqlaşdırmışdı. Bu mövsüm Kərim Benzema bütün yarışlarda 20 matçda iştirak edib, 12 qol vurub və 5 məhsuldar ötürmə verib. Benzemanın "Əl-İttihad"la müqaviləsi 2026-cı ilə qədərdir.
saytlarin hazirlanmasi