"Beşiktaş"ı Fransa klubunu dəyişəcək

14:34 - 17 Yanvar 2024

“Beşiktaş”ın müdafiəçisi Valentin Rozye Fransaya yollanacaq.

Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, Türkiyə klubunun xidmətində “Nitsa” maraqlıdır.

Fransa təmsilçisi 27 yaşlı müdafiəçini bu mövsümün sonuna qədər icarəyə götürməyə razılaşıb. Müqavilədə futbolçunun alınması öhdəliyi də yer alacaq.

Valentin bu gün yeni komandasına keçmək üçün tibbi müayinədən keçəcək. Rozye 2020-ci ildən "Beşiktaş"da çıxış edir. Bu mövsüm müdafiəçi İstanbul komandasının heyətində bütün turnirlərdə 19 oyun keçirib və bir məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. O, “Rodez”, “Dijon”, “Sportinq” komandalarında oynayıb.

Xəbər xətti