Premyer Liqamızdakı mərakeşli: "Millidəki komanda yoldaşlarıma güvənirəm, çempion olacaqlar"

15:17 - 17 Yanvar 2024

Bu gün Afrika Millətlər Kubokunda birinci turun növbəti görüşləri keçiriləcək. Əsas favoritlərdən Mərakeş millisi də qitənin əsas turnirində ilk matçına çıxacaq.

Bununla bağlı “Sabah”ın mərakeşli futbolçusu Sofian Çaklanı danışdırdıq. Mərakeş millisinin də şərəfini qorumuş təcrübəli müdafiəçi Sportal.az saytına açıqlamasında yığmasının turnirin qalibi olmaq şanslarını dəyərləndirib:

"Mən Mərakeş millisindəki komanda yoldaşlarıma güvənirəm. İnanıram ki, Afrika Millətlər Kubokunu qazanaraq, qitənin çempionu olacaqlar və bütün ölkəyə böyük sevinc gətirəcəklər. Millimizə çox inanıram. "Sabah"da oynayaraq milli komandaya dəvət edilməyimin real olub-olmaması məsələsinə gəlincə, düzü, indi bu haqda düşünmürəm. Fikrimcə, ölkəmdə kifayət qədər yaxşı olan, milli komandaya fayda verəcək oyunçular var. İndi yalnız "Sabah"ın oyunlarına köklənmişəm və yalnız komandamın uğurları barədə düşünürəm".

Qeyd edək ki, Mərakeş millisi F qrupunda Zambiya, Tanzaniya və Konqo Demokratik Respublikası ilə yer alıb. 30 yaşlı müdafiəçi 2021-ci ildə Mərakeş millisində debüt edib və 4 matçın iştirakçısı olub.

Mirbağırağa

Xəbər xətti