"Fatih Karagümrük" İtaliya millisinin sabiq qapıçısı ilə anlaşıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Salvatore Sirigunu heyətinə qatıb.
37 yaşlı qolkiper mövsümün sonuna qədər Türkiyə klubunun qapısını qoruyacaq.
Salvatore PSJ, "Sevilya", "Torino", "Osasuna", "Cenoa", "Napoli" klublarında çıxış edib. İtaliyalı son olaraq "Nitsa"nın şərəfini qoruyub.
Sirigu 2010-2021-ci illərdə İtaliya millisinin heyətində 28 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi