"Neftçi" və "Qarabağ"la adı hallanan "Şaxtyor"un futbolçusu Aleksey Kaşukun hansı komandada oynayacağı böyük ölçüdə bəlli olub.
Sportal.az "legioners.ua"a teleqram səhifəsinə istinadən xəbər verir ki, ukraynalıya "Bazel"dən təklif gəlib.
Hazırda İsveçrə çempionatında 12 klub arasında 11-ci pillədə yer alan "Bazel" Kaşuku heyətinə qatmağı planlaşdırır.
23 yaşlı futbolçunun xidmətində PAOK da maraqlıdır.
saytlarin hazirlanmasi